10 Fevral, 2011
Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri xəstəlikdən dünyasını dəyişib.

Ağdam Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Hüseynov Sarvan Vidadi oğlu Müdafiə Nazirliyinin Naxçıvandakı «N» saylı hərbi hissəsində qızılca xəstəliyindən vəfat edib.

Əsgərin meyiti fevralın 9-da doğulduğu Ağdam rayonunun Eyvazlı kəndinə gətirilib və torpağa tapşırılıb. Qohumları faktla bağlı əlavə məlumat verməyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!