10 Fevral, 2011
YAP MSK-dakı nümayəndələrini dəyişməyəcək

Hakim partiya onlardan razıdır

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasındakı (MSK) 6 təmsilçisinin fəaliyyətindən razıdır. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O, partiyanın əvvəlki təmsilçilərin fəaliyyətindən razı qaldığından, YAP-ı növbəti 5 ildə də MSK-da eyni şəxslərin təmsil edəcəyini güman etdiyini bildirib.

Qeyd edək ki, hazırda YAP-ı MSK-da Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov təmsil edir. MSK üzvlərinin sayı 18 nəfərdən ibarətdir. Onlardan 6 nəfəri Milli Məclisdə çoxluğu təmsil edən partiya kimi YAP-ın payına düşür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!