10 Fevral, 2011
İranın əleyhinə bəyanatlar davam edir

Əli Əhmədov: “Son vaxtlar İran tərəfdən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olub”

“Təəssüf hissi ilə demək istəyirəm ki, son vaxtlar İran tərəfdən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olub”.

Bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. O buna münasibətinin mənfi olduğunu bildirib: “Azərbaycanın heç vaxt qonşumuz İranın daxili işlərinə qarışmaq niyyəti olmayıb, bu gün də belə addımlar atılmır, gələcəkdə də Azərbaycan tərəfdən belə addımların atılması gözlənilə bilməz. Eyni münasibəti biz qonşu dövlətlərdən, eyni zamandan İrandan gözləyirik. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşu olmasına baxmayaraq, bir sıra hallarda, bir sıra KİV-də Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri aydın hiss olunur. Azərbaycan vətəndaşları - istər ölkədəki, istər xaricdə yaşayanlar - buna həssaslıqla yanaşaraq öz münasibətlərini bildiriblər. Bir sıra yerlərdə, o cümlədən İranın Bakıdakı səfirliyi qarşısında aksiyalar keçiriblər. Mən bu aksiyaları tamamilə normal sayıram. Hesab edirəm bu, eyni zamanda Azərbaycan vətəndaşlarının İranın müvafiq dairələrinə etiraz mesajları kimi qəbul olunmalıdır ki, bu kimi hallara son qoyulsun”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!