10 Fevral, 2011
Pakistanda intiharçının hücumu nəticəsində 14 nəfər həlak olub

Cümə axşamı Pakistanın şimal-qərbində baş verən terror aktı nəticəsində 14 nəfər həlak olub.

SalamNews DawnNews-a istinadən xəbər verir ki, partlayış Mardan hərbi şəhərciyi ərazisində baş verib. Bütün həlak olanlar hərbçilərdir. İlkin məlumata görə, partlayışı yeni çağırışçıların səhər məşğələsi zamanı döyüşçü-intiharçı törədib.

Hadisə nəticəsində 14 nəfər həlak olub, 12 nəfər yaralanıb. Polis dərhal hadisə yerini mühasirəyə alıb, terrorçunun müttəfiqlərinin axtarışına başlanılıb. Hələ ki, Pakistanda fəaliyyət göstərən heç bir radikal təşkilat bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!