10 Fevral, 2011
Litvanın spikeri: “Biz “Traseka” və “Vikinq” dəhlizlərini birləşdirmək niyyətindəyik
Litva Seyminin sədri xanım İrena Dyaqutene

“Səfərimiz çərçivəsində biz prezident İlham Əliyev və Azərbaycanın digər rəsmiləri ilə “Vikinq” nəqliyyat dəhlizinin “Traseka” dəhlizi ilə birləşdirilməsi barədə müzakirələr apardıq.

Bu birləşmə Qərbi və Şərqi Avropanı Qafqaz və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya və Çin ilə bir araya gətirməyə qadir olacaq”,– bu barədə Litva Seyminin sədri İrena Dyaqutene SalamNews-a verdiyi ekslüziv müsahibəsində bildirib.

“Bu layihənin reallaşması üçün siyasi razılıq əldə edilməlidir. Litvaya qayıdışımda mən bizim baş nazirimizi və xarici işlər nazirimizi Azərbaycandakı görüşlər barədə məlumatlandıracağam. Bu layihənin maliyyə xərcləri baxımından nə qədər sərfəli olması və reallaşma müddəti hesablanmalıdır”,- deyə İ.Dyaqutene qeyd edib.

Azərbaycan və Litva arasındakı iqtisadi əməkdaşlıq məsələsinə toxunan Dyaqutene qeyd edib ki, bu məsələ hazırkı gündə ən aktual mövzulardan biridir”.

“Bizim keyfiyyətli qida məhsullarımız var, süd istehsalımız inkişaf edib, eləcə də bizim yüksək səviyyəli informasiya texnologiyalarımız var, çox yaxşı registr və kadastr sisteminə malikik ki, bu sahələrdə Azərbaycanla əməkdaşlıq edə bilərik”,- deyə litvalı qonaq əlavə edib.

Məlumat: “Vikinq” nəqliyyat dəhlizi Litva, Belarus və Ukraynanı əhatə edir. Dəmir yolu ilə ilə Skandinaviya və Qərbi Avropa ölkələrindən Klaypeda limanına (Litva) gələn yük Belarus, Ukrayna, Qafqaz ölkələri, Odessa və İliçevsk (Ukrayna) limanları ilə isə Yaxın Şərqə və əks istiqamətdə göndərilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!