10 Fevral, 2011
Tayvan müxalifəti müdafiə nazirinin istefasını tələb edib

Tayvanın Demokratik İnkişaf Partiyası müdafiə nazirinin istefasını və Çinə casusluq ittihamı ilə həbs olunan Tayvan generalından sonra hərbi sistemdə təmizləmə əməliyyatının aparılmasını tələb edib.

SalamNews xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyi çərşənbə günü axşam Tayvanın Quru Qoşunlarında əlaqələr və informasiya sistemləri bürosunun rəisi vəzifəsində çalışan briqada generalı Lo Syançjenin Pekin xeyrinə casusluqda ittiham edilərək, həbs olunduğu barədə məlumat yayıb.

Lo yanvarın 25-də evində və iş yerində keçirilən axtarış tədbirlərindən sonra həbs edilib.

2002-2005-ci illərdə Lo xarici məzuniyyətdə olub. İstintaq zamanı onun 2004-cü ildə ÇXR-in xüsusi xidmət orqanları tərəfindən ələ alındığı aşkarlanıb. Lonun Çin kəşfiyyatına ordunun idarə edilməsində yeni “Bo Şen” sistemi barədə məlumatları ötürməsi ehtimal edilir. Bu sistem Tayvanda ABŞ tərəfindən yaradılıb.

Tayvan KİV-in verdiyi məlumata görə, Lo hər ötürülən məlumata görə 100 min dollar alıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!