10 Fevral, 2011
Meksikanın keçmiş prezidenti Uqo Çavesi narkokartellərlə əməkdaşlıqda ittiham edib

Meksikanın keçmiş prezidenti Visente Foks Venesuela lideri Uqo Çavesi ölkədə cinayətkarlığın artmasına səbəb olan Meksika narkokartelləri ilə əməkdaşlıqda ittiham edib.

“Mənə elə gəlir ki, Venesuela prezidenti Çavesin qitənin şimalına narkotik maddələrin ötürülməsinə qarşı hərəkətsiz qalması narkokartel liderləri ilə, o cümlədən meksikalı narkokartellərlə əməkdaşlığından xəbər verir”,- deyə Foks cümə axşamı Dominikan Respublikasının paytaxt universitetində çıxış edərkən bəyan edib. Bu barədə SalamNews “RİA Novosti”yə istinadən xəbər verib.

Foksun nəzərincə, Çavesin hərəkətsizliyi və beynəlxalq narkokartellərə qarşı mübarizə aparmamaq istəyi Meksikada cinayətkarlığın artmasına səbəb olub.

Son dörd ildə Meksikada narkokartellər 34 min nəfərin həyatına son qoyub. Keçən il ölkə tarixinin ən qanlı ili olub. 2010-cu ildə 15 273 insan həlak olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!