10 Fevral, 2011
“Eurovision-2011” mahnı müsabiqəsində Böyük Briyaniyanı “Blue” qrupu təmsil edəcək

Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Böyük Briyaniyanı təmsil edəcək qrup bəlli olub.

SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Blue” qrupu “ I can” mahnısı ilə müsabiqədə təmsil olunacaq.

Məlumat üçün bildirək ki, “Blue” qrupu 4 nəfərdən ibarətdir. “Blue” qrupu 2000-ci ildən uğur qazanmağa başlayıblar. Qrup bu ilin may ayında keçiriləcək “Eurovision” mahnı müsabiqəsində “I can” mahnısını ifa edəcək. Qrupun üzvü Lee Ryan fanatlarının bu mahnını bəyənəcəyinə inandığını deyib.

Qeyd edək ki, Böyük Britaniya Fransa, İtaliya, İspaniya və Almaniya ilə yanaşı “Eurovision” mahni müsabiqəsinin təsisçisi olduğundan birbaşa final mərhələsində çıxış edir. Böyük Britaniya 1997-ci ildə bu mahnı yarışmasının qalibi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!