10 Fevral, 2011
Azərbaycanda lisenziyası yenilənəsi televiziyalar - SİYAHI

2005-2006-cı illərdə teleradio yayımı üçün xüsusi razılıq (lisenziya) almış teleradio yayımçıları müddətin bitməsinə ən azı 6 ay qalanadək Milli Televiziya və Radio Şurasına vaxtı uzatmaq barədə ərizə ilə müraciət etməlidir.

“Televiziya və radio yayımı haqqında” qanunun 22-ci maddəsinə əsasən, boşalan tezlik resursundan istifadə edən və xüsusi razılığın (lisenziyanın) müddətini uzatmaq istəyən teleradio yayımçısı xüsusi razılığın (lisenziyanın) vaxtını uzatmaq barədə xüsusi razılığın (lisenziyanın) müddətinin bitməsinə azı 6 ay qalmış ərizə verdikdə bu tezlik üçün müsabiqə keçirilmədən dövlət rüsumunu ödəmək şərti ilə xüsusi razılığın (lisenziyanın) müddəti daha 6 il uzadıla bilər.

Artıq MTRŞ öz rəsmi səhifəsində elan verərək qeyd edib ki, qanunun bu maddəsinin tələblərini nəzərə alaraq göstərilən prosedura əməl etməyən teleradio yayımçılarının yayımlandığı tezlik boşalmış hesab ediləcək və müsabiqəyə çıxarılacaq.

“Media forum” saytı xəbər verir ki, 2005-2006-cı illərdə ümumrespublika ərazisində yayımlanan 4 televiziya, 11 regional televiziya, 7 radio, 9 kabel televiziyasına lisenziya verib. Qeyd olunan yayımçılar fəaliyyətlərini davam etdirmək istəyirlərsə, qanunla lisenziya müddətlərinin bitməsinə 6 ay qalmış MTRŞ-ə müraciət etməlidirlər.

“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə son dəfə 2005-ci il avqustun 31-də, İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2005-ci il avqustun 22-də, "Azad Azərbaycan" Televiziyasına 2005-ci il oktyabrın 28-də, “Lider” Televiziyasına 2006-cı il dekabrın 22-də televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib.

Regional televiziyalara gəlincə, “nativ” TV (Gəncə) 2006-cı il martın 1-də,

“Kəpəz” Televiziya Şirkəti (Gəncə) 2005-ci il avqustun 31-də, "Dünya" Müstəqil Televiziya Şirkəti (Sumqayıt) 2005-ci il sentyabrın 15-də, "Xəyal" Televiziyası 2006-cı il martın 1-də, Qütb Televiziyası (Quba) 2005-ci il oktyabrın 14-də, "Mingəçevir" TV 2005-ci il senytabrın 15-də, "Simurq M" Televiziya Şirkəti (Tovuz) 2005-ci il sentyabrın 30-da, "Kanal-S" MMC (Şəki) 2006-cı il oktyabrın 3-də, RTV" Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı il iyulun 11-də, "EL" TV (Yevlax) 2006-cı il oktyabrın 3-də xüsusi razılıq (lisenziya) alıb.

Yenidən lisenziya alası radio yayımçıları isə bunlardır: Azərbaycan Dövlət Radiosu, İctimai Radio, "Azad Azərbaycan" Radiosu, “Antenn” Müstəqil Teleradio Kompaniyası,

"Bürc FM" Radiosu, "106 FM" Radiosu, "LiderJazz FM" Radiosu.

Xüsusi razılığı yeniləməli kabel televiziyaları da var: "CATV", "Neptun" Məhdud Məsuliyyətli Cəmiyyəti, “FARAON-1” MMC , "DIGICOM" Məhdud Məsuliyyətli Cəmiyyəti, “SKY” MMC – “Ailə TV”, "Qlobal Telecom" MMC, "SN Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti, AzHİNet" (Azerbaijan Home Information Networks) Məhdud Məsuliyyətli Cəmiyyəti, "AN Media" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!