9 Fevral, 2011
ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın xarici işlər naziri ilə görüşüblər

 ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Yuri Popov və Bernar Fasie Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Görüşdən sonra jurnalistlərə heç bir açıqlama verilməyib. Xatırladaq ki, həmsədrlər Ermənistana bu gün gəliblər. Onların prezident Serj Sərkisyanla da görüşü gözlənilir. ATƏT-in Minsk Qrupunun həmsədrləri sabah Bakıya gələcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!