9 Fevral, 2011
Abramoviç artıq Rusiyanın ən varlı 3 adamından biri deyil

“Çelsi” futbol klubunun sahibi Roman Abramoviç ilk dəfə Rusiyanın ən varlı 3 sakini siyahısına düşməyib.

Roman Abromoviç 2010-cu ildə 17 milyard dollar sərvəti ilə Rusiyanın ən varlı adamları siyahısında 3-cü yerdə qərarlaşıb. 

“Finans” jurnalının bu il üçün tərtib etdiyi və fevralın 14-də dərc edəcəyi siyahıda isə ilk üçlükdə Roman Abramoviçin adı yoxdur. Siyahıda Rusiyanın 114 varlı şəxsinin adı yer alıb. İlk onluqdakı milyarderlərin sərvətinin cəmi 182 milyard dollardır.

Qeyd edə ki, keçən il “Forbes” jurnalı Rusiyanın ən varlı adamlarının reytinq cədvəlində Roman Abramoviçin sərvətini 11,2 milyard dollar civarında qiymətləndirib və o, reytinq cədvəlində Rusiyanın ən varlı 4-cü şəxsi sayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!