9 Fevral, 2011
Əli Həsənov Beynəlxalq təşkilatlara qarşı

Əli Həsənov: “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə nəzərən yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”

“Beynəlxalq təşkilatların son zamanlar Dağlıq Qarabağ münaqişəsinə nəzərən yürütdüyü siyasət Azərbaycanı tam qane etmir”.


Bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib. PA rəsmisi bildirib ki, beynəlxalq hüquq normalarına görə təcavüzkar Ermənistana təzyiq edilməlidir: “Lakin nə ATƏT, nə NATO, nə də Avropa İttifaqı səviyyəsində Ermənistana təzyiq edilir. Beynəlxalq təşkilatlar yalnız faktı fiksasiya etməklə məşğuldur. Onlar sadəcə deyirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub və buna son qoyulmalıdır. Amma bu təşkilatlar beynəlxalq hüquq normaları istiqamətində ortaya iradə qoymur və Ermənistana qarşı ciddi təzyiq yoxdur. Bu münaqişə nəticəsində Azərbaycan əhalisinin 1 milyon nəfəri qaçqın və məcburi köçkünə çevrilib, beynəlxalq təşkilatlar bu insanların öz evlərinə qayıtmasına kömək etməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!