9 Fevral, 2011
Soyuqlar başladı

Fevralın 10-da şimal və qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində hava şəraitinin yenidən dəyişəcəyi və yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umara Tağıyevanın APA-ya verdiyi məlumata görə, temperatur 3-5 dərəcə düşəcək. Fevralın 10-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə isti olacaq.

Fevralın 10-da Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşama doğru şimal və qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Fevralın 11-də Bakı və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Bakıda havanın temperaturu 5 dərəcəyədək isti, Abşeron yarımadasında 4-7 dərəcə isti olacaq.

Fevralın 11-də respublikanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraiti gözlənilir. Dağlıq və dağətəyi rayonlara qar, bəzi rayonlara isə sulu qar yağacaq. Əsasən, şimal və şərq rayonlarında yağıntıların intensivləşəcəyi proqnozlaşdırılır. Fevralın 12-də səhər qərb, gündüz isə şərq rayonlarında yağıntılar kəsiləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!