9 Fevral, 2011
Avropa İttifaqının nümayəndəsi Azay Quliyevdən razılıq etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia arasında görüş olub.

Azay Quliyev Şuranın son üç ildə gördüyü işlər barədə səfirə məlumat verib. Şuranın beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışan sədr belə əlaqələrin vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcəyini bildirib. 

Səfir R. Kobia isə Şuranın fəaliyyətini müsbət qiymətləndirdiyini və Avropa İttifaqının QHT-lərlə də sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb.

Yekunda Şura ilə Avropa İttifaqı arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi haqqında razılığa gəlinib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!