9 Fevral, 2011
İran səfirliyi qarşısında etiraz aksiyası

Fevralın 9-da bir qrup Qarabağ müharibəsi veteranı, Dünya Azərbaycanlıları Konqresinin, Diaspora Mərkəzinin və gənclər təşkilatının üzvləri İranın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycanındır, Azərbaycanın olacaq”, “Güneydəki azərbaycanlılara məktəb açılsın”, “Qaniçənlə qucaqlaşan ölkəyə ar olsun”, “Azərbaycanın daxili işlərinə qarışmayın” kimi şüarlar səsləndiriblər.


Çıxış edənlər bildiriblər ki, İran işğalçı Ermənistana dəstək verir, bu isə qəbulolunmazdır. “İrandakı azərbaycanlıların haqları tapdalanır. Onlara Azərbaycan dilində məktəb açılmır. İran bu əməllərinə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmamalıdır” - deyə, aksiya iştirakçıları bildiriblər.


Polis aksiyaya müdaxilə edib, etirazçıları səfirlik qarşısından 10 metrədək uzaqlaşdırıb, 2 nəfər isə saxlanılıb. Aksiyanın qətnaməsi oxunduqdan sonra səfirliyə təqdim olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!