12 Avqust, 2013
Bu ölkədə “Qovun Bayramı”dır - FOTO

Bu gün Türkmənistanda “Qovun Bayramı” keçirilib.

Dünyanın ən gözəl qovununun yetişdiyi Türkmənistanda “Qovun Bayramı” keçirilir. 1994-cü ildən bu yana hər il avqust ayının ikinci bazar günü qeyd olunur. Mərasim xalq oyunları nümayişləri ilə başlayır. Xalq oyunları qrupları nümayişləri ilə birgə güləş müsabiqələri təşkil edilir. Aşqabad sakinləri tədbirə böyük maraq göstərərkən, vətəndaşlar qovundan hazırlanan yeməklərin dadına baxıb.

Qeyd edək ki, türkmən yemişi İraq, İspaniya, Çin, Ərəb ölkələri, Avropa və dünyanın bir çox bölgələrində də tanınır. Yaz meyvəsi olan qovunun, türkmənlər arasında əhəmiyyətli bir yeri var. 400-dən çox qovun növünün olduğu Türkmənistanda, qovun mahnılara, türkü və kitablara mövzu olub.
Ağırlıqları 10 ilə 20 kilo arasında olan Türkmən qovunları, isti yay aylarında həddindən artıq şirin olduqlarından çatlayır və qoxusu yüzlərlə metr uzaqdan alına bilir.

Sara Rüstəmova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!