12 Avqust, 2013
Türk dövlətlərinin prezidentləri Bakıda

1

Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 16-da türkdilli dövlət başçılarının Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək. Türkiyə və Qırğızıstan prezidentləri də bu siyahıya daxildir

Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib. O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb.

Türkiyə və Qırğızıstan prezidentləri Abdullah Gül və Almazbek Atambayev də sammitdə iştirak edəcəklər. A.Gülün Azərbaycana avqustun 14-də, A. Atambayevin isə avqustun 15-də gəlməsi gözlənilir.

Qeyd edək ki, Türkdilli Dövlət Başçıları Şurası 2009-cu ildə yaradılıb. Şuraya 4 dövlət daxildir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!