9 Fevral, 2011
Azərbaycan klubları ¼ finalda rəqiblərini döyüşə çağırır

Azərbaycanın 3 klubu voleybolçu qadınlar arasında “Çağırış Kuboku”nun ¼ finalına vəsiqə qazanıb.

“İqtisadçı”nın ardından “Azərreyl” və “Lokomotiv” də 1/8 final mərhələsini arxada qoyub.

“Lokomotiv” Bakıda 3:0 hesabı ilə yendiyi “Apollon”a Kiprdə də eyni hesabla qalib gəlib. Birinci və üçüncü setlərdə 25:19, ikincidə isə 25:23 hesabı qeydə alınıb. Komandamızın rəqibi fevralın 9-da “Şveringer” (Almaniya) ilə “VDK Gent Dames” klubları arasında keçiriləcək cavab görüşündən sonra müəyyənləşəcək.

“Azərreyl” isə Ukraynanın “Ximik” komandasını Odessada olduğu kimi, Bakıda da 3:0 hesabı ilə yenib. Komandamız “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynadığı qarşılaşmada elə də çətinlik çəkməyib – 25:15, 25:14, 25:18. “Azərreyl”in rəqibi də fevralın 9-da müəyyənləşəcək. Rəqib isə “LP Salo” (Finlandiya) - “Kanti” (İsveçrə) cütünün qalibi olacaq.

Qeyd edək ki, artıq “İqtisadçı”nın ¼ finaldakı rəqibi məlumdur. Bu, Çexiyanın “Kralovo Pole” komandasıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!