9 Fevral, 2011
"Müsəlman olduğum üçün qovmaq istədilər"

SAS aviaşirkətinin təyyarəsindhə neə baş verib?

Milli.Az xəbər portalı "Tansereel"ə istinadən bildirir ki, 4 il əvvəl xristianlıqdan ayrılaraq İslamı qəbul etmiş danimarkalı Yoahim Yohansson SAS aviaşirkətini sərt tənqid edib. Onun dediyinə görə, Kopenhagendən Londona uçarkən xoşagəlməz davranışda qarşılaşıb.

"Təyyarədə olanda İslamla bağlı kitab oxumağa çalışdım. SAS-ın əməkdaşları ilk əvvəl məni ən yaxın hava limanında yerə endirmək istədilər. Sərt etirazlarımı görəndən sonra onlar fikirlərindən vaz keçdilər", - Yohansson deyib.

Danimarkalı müsəlmanın dediyinə görə, SAS əməkdaşlarının onu az qala potensial terrorçu saymalarına heyrətlənib: "Bununla belə, hüquqlarımı pozduqları üçün bu şəxslərin cəzalanmasını tələb edəcəyəm".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!