9 Fevral, 2011
Yığmamız milliləşən legionerlərlə vidalaşır

Futbol üzrə Azərbaycan yığması milliləşən legionerlərlə vidalaşır.

Azerisport.az saytının əldə etdiyi məlumata görə, bu ilin sonuna kimi milli komandamızın rəhbərliyi bütün futbolçuların yerlilərdən ibarət olmasına çalışır.
 
Qeyd edək ki, hazırda əsas komandamıza bir neçə legioner futbolçu cəlb olunur. Onların arasında “İnter”in müdafiəçisi, ukraynalı Vladimir Levin və yarımmüdafiəçi Aleksandr Çertoqanov, həmçinin “Bakı”nın braziliyalı üzvü Fabio Luis Ramim yığmamızın əsas heyət üzvlərindən hesab olunur. Digər legionerlər isə son dövlər demək olar ki, komandamızın düşərgəsinə dəvət olunmur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!