9 Fevral, 2011
Hücum olsa İran Hörmüz körfəzini bağlayacaq – İranın dəniz komandanı
İran Hərbi Donanma Qüvvələri komandanı, kontr-admiral Əli Fədəvi

İran Hərbi Donanma Qüvvələri (HDQ) komandanı, kontr-admiral Əli Fədəvi mətbuat konfransında bəyan edib ki, regionda ən kiçik təhlükə hiss olunsa, düşmən adekvat cavab alacaq. Bu barədə SalamNews “MehrNews” agentliyinə istinadən xəbər verir.

Kontr-admiral İran HDQ-nin Fars və Hörmüz körfəzlərinə tam nəzarət etdiyini vurğulayaraq əlavə edib ki, regionun təhlükəsizliyi məqsədilə istənilən vaxt İran Hörmüz körfəzini bağlamaq imkanına malikdir. Fars körfəzində İran HDQ-nin bazası üzərində nəzarəti gücləndirmək məqsədilə sualtı gəmilərin ən müasir modifikasiyası gətiriləcək.

Əli Fədəvi BMT-nin sanksiyası çərçivəsində son qətnaməni yada salaraq deyib: “Bu qeyri-qanuni qətnamə qəbul olunan andan İranın heç bir gəmisinə baxış olmayıb. Birləşmiş Ştatlar bilir ki, İran tərəfi bu cür cəhdlərlə heç vaxt barışmayacaq və bu sayaq hərəkətlər təhlükəli nəticələrlə üzləşə bilər ”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!