9 Fevral, 2011
Litva Seymi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qətnamə qəbul edəcək
Litva Seyminin sədri xanım İrena Dequtiene

Litva Seymində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qətnamə layihəsi hazırlanıb. Qətnamə Seymin yaz sessiyasının mart ayında keçiriləcək iclasında müzakirə olunacaq.

SalamNews "AzərTAc" Dövlət İnformasiya Agentliyinə istinadən bildirir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Litva Seyminin sədri xanım İrena Dequtiene fevralın 8-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə bildirib.

İrena Dequtiene deyib: “Biz Sizin problemlərinizi yaxşı başa düşürük. 1990-cı ildə, demək olar ki, eyni taleyi yaşamışıq. Mən bir daha bəyan edirəm ki, Litva Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Seymin qış sessiyasında Dağlıq Qarabağla bağlı məsələ müzakirə olunmuş və qətnamə layihəsi parlamentimizin yaz sessiyasının gündəliyinə daxil edilmişdir. Mart ayında biz bu məsələni müzakirə edərək müvafiq münasibət bildirəcəyik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!