9 Fevral, 2011
Ağrı dağın zirvəsinə Azərbaycan və Türkiyə bayraqları sancılacaq

Türkiyə və Azərbaycan alpinistləri fevralın 12-də Türkiyənin Doğubəyazit rayonundan Ağrı dağının zirvəsinə yürüşə başlayacaqlar.

SalamNews Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə Alpinizm Federasiyasının sədri Ələddin Qaraca jurnalistlərlə görüşündə deyib ki, Azərbaycan Alpinizm Federasiyasından Türkiyə Alpinizm Federasiyasına fevralın 12-18-də Ağrı dağına təşkil olunacaq ekspedisiyada iştirak etmək arzusunu ifadə edən müraciət daxil olub. Həmkarlarının müraciətini qəbul edən türkiyəli alpinistlər dağın zirvəsini Azərbaycanlı alpinistlərlə birlikdə fəth etmək qərarı veriblər. Onlar dağın zirvəsini fəth edərək iki qardaş dövlətin bayraqlarını buraya sancacaqlar.

Ekspedisiyada Türkiyədən 53, Azərbaycandan 10 alpinist iştirak edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!