9 Fevral, 2011
“Nabukko” konsorsiumuna üzv dövlətlər tədarükçü ölkələrdən qəti razılıq almaq istəyirlər

Türkiyə KİV-lərinə istinadla xəbər verilir ki, “Nabucco Gas Pipeline İnternational” konsorsiumuna daxil olan dövlətlər - Almaniya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan və Türkiyə tədarükçü ölkələrlə mart ayının sonunadək müvafiq müqavilələr imzalamaq niyyətindədirlər.

Qeyd edək ki, indiyədək yalnız Azərbaycan “Nabukko” kəmərini qazla təchiz etmək barədə razılıq verib. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağının tam işlənməsi 2017-ci ilə nəzərdə tutulub. Buna görə də konsorsiumun iştirakçı dövlətləri kəmərin tam doldurulması üçün tələb olunan illik 31 milyard kubmetr təbii qazın nəqli barədə Azərbaycan, Türkmənistan və İraqdan zəmanət almaq niyyətindədirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!