8 Fevral, 2011
Həmsədrləri sabah Ermənistanda olacaqlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın 9-da Ermənistana səfər edəcəklər.

APA-nın “Armenia today” xəbər portalına istinadən verdiyi məlumata görə, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. O bildirib ki, həmsədrlər xarici işlər naziri Edvard Nalbandyan və prezident Serj Sarkisyan tərəfindən qəbul olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!