8 Fevral, 2011
Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” layihəsi çərçivəsində saziş paketi imzalayıblar

Bu gün Tehranda Azərbaycan, İran və Rusiyanın dəmiryol qurumlarının rəhbərləri “Şimal-Cənub” layihəsi çərçivəsində saziş paketi imzalayıblar.

Bu barədə SalamNews “IribNews”a istinadən xəbər verir. Üçtərəfli danışıqların son günü İran və Rusiya administrasiyaları “Tehran-Bəndər-Abbas” dəmiryolunun elektrikləşdirilmiş sahəsinin istismarı üzrə texniki əməkdaşlıq sazişi bağlayıblar.

İran və Azərbaycan təmsilçiləri arasında dəmiryolu xətlərinin inkişaf etdirilməsi barədə sənəd imzalanıb.

Görüşün gedişində planlaşdırma məsələləri, xüsusilə də “Şimal-Cənub” dəhlizinin bir hissəsi olan “Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan)” dəmiryolunun inşaat və istismar məsələsi müzakirə edilib.

Bu layihədə İranın cənub vilayəti olan Hormozqandan başlayaraq İran, Azərbaycan və Rusiya ərazisindən keçməklə Avropaya qədər ərazilərin əhatə edilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!