8 Fevral, 2011
Almaniyada Xocalı faciəsinə həsr olunmuş tədbir keçiriləcək

Yəhudi və rus icmalarının nümayəndələrinin qatılması da gözlənilir

Fevralın 24-də Almaniyanın Drezden şəhərində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.z-a verilən məlumata görə, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən “Alm.Az” cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə Almaniya ziyalıları, ictimai icmaların üzvləri, siyasi partiyaların nümayəndələri iştirak edəcəklər.

Tədbirə Drezden Meriyasından professor Oraş, Meriyanın şöbə müdiri professor Sabina Məmmədova, şəhər Dumasının deputatları professor Azad Məmmədov, German Levenfuss, Drezden kitabxanasının sədr müavini professor Danuta Srrigmanın, yəhudi və rus icmalarının nümayəndələrinin qatılacağı gözlənilir.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş Xocalı Həqiqətləri sənədli filmi nümayiş olunacaq, YUSTIGE FOR KHOYALÜ kliri səsləndiriləcək. Tədbir zamanı Xocalı soyqırmı ilə bağlı Almaniya Hökumətinə müraciət qəbul olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!