8 Fevral, 2011
Qahirədən həyəcanlı xəbər gəldi

Mübarəkin istefasını tələb edən aksiyaçılar parlament və Daxili İşlər Nazirliyinin binasını mühasirəyə aldılar

Misirdə prezident Hüsnü Mübarəkin istefasını tələb edən və Qahirənin Təhrir meydanını əsas düşərgəyə çevirən yüz minlərlə insan tələblərinin yerinə yetirilməsini gözləyir.

Simsar.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, aksiyaların 15-ci günündə kütlə Təhrir meydanından Misir parlamenti və Daxili İşlər Nazirliyinin binalarına doğru hərəkətə başlayıb. Artıq parlament və Daxili İşlər Nazirliyinin binaları mühasirəyə alınıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!