8 Fevral, 2011
Bakı “İnter”i üçün tanış rəqib

Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısını başa vurmaqda olan Bakının “İnter” futbol komandası fevralın 9-da sonuncu yoldaşlıq matçına çıxacaq.

Simsar.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib Moldovanın yüksək liqasında mübarizə aparan “Olimpiya” komandası olacaq. 

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, “Olimpiya” ötən ilin iyulunda “Xəzər Lənkəran”ı Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!