8 Fevral, 2011
Səhiyyə Nazirliyində 21 işçi rəhbərlikdən uzaqlaşdırıldı

Səhiyyə Nazirliyində yanvarın 31-də keçirilmiş geniş kollegiya iclasının nəticələri əsasında xəstəxana, doğum evi, gigiyena və epidemiologiya mərkəzlərinin 21 nəfər rəhbər və struktur bölmə rəhbərləri tutduğu vəzifədən azad olunub.

Nazirliyin mətbuat xidmətindən Simsar-a verilən məlumata görə, 54 nəfər məsul işçi barədə isə intizam tənbehi tətbiq edilib. Həmin şəxslərin işdən azad edilməsi və tənbeh edilməsinin əsas səbəbi əhaliyə göstərilən tibbi yardımın təşkilində yol verdikləri nöqsanlar olub.

Bununla yanaşı, tibb xidmətinin və dövlət sanitariya nəzarətinin təkmilləşdirilməsi sahəsində Səhiyyə Nazirliyinin struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar da verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!