8 Fevral, 2011
Xoruz adam bıçaqladı

Hadisə Amerikanın Kaliforniya ştatında baş verib 

Qeyri-qanuni xoruz döyüşü zamanı tamaşaçılardan biri döyüşən xoruzun pəncəsindəki bıçaq zərbəsiylə həyatını itirib. Simsar.az Türkiyə mətbuatına istinadən bildirir ki, ABŞ-ın Kaliforniya ştatında qanunsuz xoruz dövüşü zamanı tamaşaçıların biri, xoruzun mahmızına bağlanmış kiçik bıçaqla ayağından aldığı yara nəticəsində ölüb. Kaliforniya-Lamontlu Xose Luis Ochoa, xoruzun mahmızına bağlanmış bıçağın zərbə ilə baldırına batmasından iki saat sonra sonra vəfat edib.
Polisin xoruz döyüşü keçirilən meydana girməsindən əvvəl yaralı Ochoa daxil olmaqla bütün tamaşaçılar hadisə yerini tərk ediblər. Amma polisin meydana girişi zamanı 5 ölü xoruz tapdığı bildirilir.
Məhkəmə qeydlərinə görə, Ochoa keçən il döyüşdürmək məqsədilə heyvan saxladığına görə 370 dollar cərimələnib.
Xoruz döyüşdürmək ABŞ-da qanunla qadağandır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!