8 Fevral, 2011
Bakıda 1 milyard dollarlıq stadionun inşasına başlandı

2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətində olan Bakı şəhərində 64 min nəfərlik tamaşaçı tutumuna malik stadionun tikintisinə başlanılıb.

Bu barədə tikintini həyata keçirəcək Türkiyənin TOCA (The OffIce of Contemporary Architecture) şirkətindən açıqlama verilib. 

Xəbərdə olimpiya stadionunun inşaat işlərinin 2015-ci ildə tamamlanacağı bildirilir. 1 milyard dollara başa gələcək layihə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən həyata keçirilir.

TOCA Memarlıq ofisinin memarı Erdinç Çiftçi bildirib ki, stadion 36 aya tikiləcək. Stadion bir-birinin içinə dolanan halqa görüntüsü ilə diqqəti çəkəcək. Bu arena Bakının ən görkəmli qurğularından birinə çevriləcək. Böyük Şor gölünün ətrafındakı 50 hektarlıq sahədə tikiləcək stadion FİFA standartlarına uyğun olacaq.

Çiftçi Azərbaycanda daha öncə fərqli layihələri də həyata keçirdiklərini xatırladıb. O, olimpiya stadionundan əlavə gələcəkdə digər böyük idman layihəsi olacaq Bakı Milli Arenası üçün də təklif verdiklərini açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!