8 Fevral, 2011
Mübarək təzə komandası ilə iclas elədi

Fevralın 7-də Misirdə prezident Mübarəkin istefası tələbilə mitinqlər davam edib.

 

Qahirənin Təhrir meydanına yenə də minlərlə insan toplaşaraq “İstefa” şüarları səsləndiriblər.

Düzdür, mitinqçilərin sayı keçən həftəkindən daha azdır və tanklar meydan ətrafında halqanı getdikcə daraltmaqdadırlar.

Amma etirazçılar geri çəkilmək fikrində deyillər.

Onların bəziləri tankların qarşısında uzanıblar və bununla tankların meydana doğru irəliləməsinə yol verməyəcəklərini nümayiş etdirirlər.

Etirazçıların bəziləri naharlarını da meydanda edirlər.

Prezident Mübarək isə istefaya gedənə oxşamır. Fevralın 7-də o, yeni hökumətin iclasını keçirib.

Bu arada Qahirədə həyatın normal axara qayıtmasının ilk əlamətləri gözə dəyməyə başlayıb.

Dükanlar, banklar açılıb.

Vitse-prezident Ömər Süleyman müxalifət liderləri ilə görüşlərini davam etdirir.

Vitse-prezidentin Konstitusiya islahatları layihəsi hazırlayacaq komitənin yaradılmasına razılıq verdiyi bildirilir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!