8 Fevral, 2011
Yabanı bitkilərdən kosmetika düzeldirlər

Gəncə alimləri respublikamızın qərb bölgəsində bitən yabanı bitkilərdən kosmetoloji və dərman preparatlarının hazırlanması üzrə tədqiqatlara başlamışlar.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elmi Mərkəzinin direktoru, professor Fuad Əliyev məlumat vermişdir. O demişdir ki, bunun üçün bölgədə yabanı bitkilərdən bioloji aktiv maddələrin ayrılması sahəsində tədqiqat işləri davam etdirilir.

Bundan başqa, mərkəzdə keçən il regionun nadir təbii sərvəti olan naftalan neftinin və onun tullantılarının qətransızlaşdırılması üçün də yeni növ adsorbentlər hazırlanması uğurla həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!