8 Fevral, 2011
Ötən ayın ən çox satılan kitabları açıqlanıb

“Əli və Nino” kitab dükanları şəbəkəsində ötən ayın ən çox satılan 10 kitab müəyyənləşib.

Lent.az-a verilən məlumata görə, bu sırada birinci yeri Qaraqanın “Bir milyon dollarım olsaydı” kitabı tutub. İkinci yerdə Qurban Səidin “Əli və Nino”sudur. Üçüncü yerə isə “Amneziya” kitabı ilə Əli Əkbər çıxıb. Növbəti 7 yer müvafiq olaraq belədir: “A”( Elxan Qaraqan), “Əlkimyagər” (Paolo Koelyo), “Aç, mənəm” (Nərmin Kamal), “Deyil” (Əli Xəyyam), “Mənim adım qırmızı” (Orxan Pamuk), “Yad dildə” (Pərviz), “Ağ liman” (Anar, Günel Anarqızı).

Lalə Yusifqızı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!