7 Fevral, 2011
ABŞ-ın aviaşirkətlərinə 629 milyon dollar zərəri nə vurdu?

Son günlər ABŞ-da görünməmiş şaxtalı hava şəraiti ölkənin aviaşirkətlərinə 629 milyon dollar ziyan vurub.

Milli.Az xəbər portalının «Bloomberg» agentliyinə istinadən verdiyi məlumata görə, son həftədə hava şəraiti üzündən 20 mindən artıq aviareys təxirə salınıb. Bu, 1987-ci ildən sonrakı dövrdə rekord göstəricidir.

Ötən il noyabrın 1-dən bu il fevralın 6-dək Birləşmiş Ştatlarda əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış reyslərin ümumi sayı 89 min 884-ə bərabərdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!