7 Fevral, 2011
Erməni alverçilər: «Biz acıq!»

Bu gün Yerevan meriyasının binası önündə bir neçə saatlıq etiraz aksiyası keçirilib.

Milli.Az xəbər portalının tert.am saytına istinadən verdiyi məlumata görə, yeni merin küçə ticarətini qadağan etməsinə qarşı çıxan ticarətçilər «Biabırçılıq!», «Biz acıq!» kimi şüarlar səsləndirib.

Aksiya iştirakçılarından olan Sovinar Tonoyan deyir: «Küçə ticarətinə imkan verməsələr, başqa ölkəyə köçəcəyəm. Köçəryan gəldi və deportasiya başladı. 10 il yaşadığım Polşadan məni bura gətirdilər. Ev kirayəsi ödəyirəm. Gül satırdım… indi işsiz necə olacaq?»

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!