7 Fevral, 2011
“Domodedovo”nu yenidən partlatmaqla hədələyən saxta terrorçu həbs olunub

Bazar ertəsi nəqliyyat polisi tərəfindən “telefon terrorçu”su həbs olunub. Rusiya DİN-in nəqliyyat idarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Aqapovanın “RİA Novosti”yə verdiyi məlumata görə, həbs olunan şəxs “Domodedovo” aeroportu və Moskvanın “Paveletsk” vağzalında terror olacağı barədə hədə səsləndirib.

SalamNews “RİA Novosti”yə istinadən xəbər verir ki, bazar ertəsi 04:18-da polisə zəng edən naməlum şəxs “Domodedovo” aeroportunda bomba qoyulduğunu bildirib və həmin şəxs vurğulayıb ki, onun dostları ilə hazırladığı partlayış saat 13:00-18:00 arasında 24 yanvarda baş vermiş hadisənin yerində olacaq. Saat 07:23-də eyni adam yenidən milis orqanlarına zəng edərək “Paveletsk vağzalında partlayış olacaq barədə xəbərdarlıq edib.

T.Aqapova deyib ki, göstərilən bütün obyektlərdə yoxlama aparılıb və orada olan insanlar evakuasiya edilib. Eyni zamanda müəyyən edilib ki, hər iki zəng Satarovdan şəhər telefonundan edilib. Şübhəli şəxs müəyyən edilərək, öz evində həbs olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!