7 Fevral, 2011
Qatarlarla daşınan yüklər yoxlanılacaq

Azərbaycanın iri şəhərlərindəki dəmir yolu vağzallarında qatarlarla daşınan yüklər yoxlanılacaq.

Simsar.az-ın «Azərbaycan Dəmir Yolları» QSC-dən əldə etdiyi məlumata görə, burada məqsəd qatarlarda təhlükəsizliyin təmin olunmasıdır.

Məlumata görə, hazırda dəmir yolunun rəhbərliyində məsələ ilə bağlı müzakirələr aparılır. Bunun üçün yaxın vaxtlarda Bakı da daxil olmaqla iri stansiyalarda yüklərin yoxlanılması üçün X-ray qurğularının (skanerlərin) alınması planlaşdırılır. Skanerlər vasitəsi ilə vətəndaşların yüklərindəki partlayıcı maddələrlə yanaşı narkotik maddələr və digər əşyaları da müəyyənləşdirmək mümkün olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!