7 Fevral, 2011
Bakıda güclü külək nəticəsində avtomobillərin üstünə ağac aşıb

Hadisə nəticəsində insan təlafatı baş verməyib

Ötən gecə Bakının Yasamal rayonu Nəriman Nərimanov küçəsi ev 205 və 207 nömrəli binaların həyətində ağac aşaraq 2 minik avtomobilinin üstünə düşüb. Nəticədə həyətlərdə olan “Mercedes” və “Kia” markalı avtomobillər yararsız vəziyyətə düşüb. Bədbəxt hadisənin səbəbi ötən gün paytaxtda başlayan güclü külək olub.

Qeyd edək ki, hadisə vaxtı binanın həyində heç kimin olmaması insan tələfatının qarşısını alıb. Sakinlərin sözlərinə görə ağacın aşması nəticəsində binanı bəzi mənzillərinin şüşələri sınıb.

Oxşar hadisə Xəqani küçəsi 42 ünvanında da qeydə alınıb. Göstərilən ünvanda küləyin təsiri nəticəsində ağaclar qırılaraq avtomobillərin üzərinə aşmışdı. Xoşbəxtlikdən bu hadisədə də sadəcə avtomobillərə zərər dəyib və insan təlafatı baş verməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!