7 Fevral, 2011
Valentin günü həzrəti Məhəmmədin mövludu ilə eyni günə düşür

Bu səbəblə Türkiyədə keçiriləcək bir çox konsertin günü dəyişdirilib

Bu il 14 fevral “Valentin” gününün hicri təqvimlə 12 Rəbiul Əvvəl Hz. Məhəmməd (ƏS) peyğəmbərin Mövludu ilə eyni günə təsadüf etməsi səbəbilə bir çox tədbir və konsertin günü dəyişdirilib. ANS PRESS “Habertürk”ə istinadən xəbər verir ki, “Valentin” günü münasibətilə Türkiyənin İstanbul, Ankara, İzmir, Kayseri, Kuşadası şəhərlərində və Kipr respublikasında yerli və əcnəbi bir çox müğənninin konserti nəzərdə tutulmuşdu. Mövlud günü münasibəti ilə konsertlər fevralın 12-də baş tutacaq.

Xatırladaq ki, İslam peyğəmbəri Hz. Məhəmməd (ƏS) 571-ci il Rəbiul Əvvəl ayının 12-də dünyaya gəlib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!