7 Fevral, 2011
Küveytin daxili işlər naziri istefa verdi

İstefanın səbəbi ölkədə Misir və Tunisdə baş verən hadisələrin oxşarının keçirilməsi çağırışları və siyasi gərginliyin çoxalması olub

Küveyt daxili işlər naziri Şeyx Cəbr Əl Xalid Əs Sabah tutduğu vəzifədən istefa verib. Rəsmi “Kuna” agentliyinin yaydığı məlumata görə, istefanın səbəbi ölkədə Misir və Tunisdə baş verən hadisələrin oxşarının keçirilməsi çağırışları və siyasi gərginliyin çoxalması olub. Məlumata görə, nazirin istefası qəbul edilib və bu vəzifəyə Küveyt əmirinin başqa bir qohumu Şəyx Əhməd Əl Xamud Əs Sabah təyin olunub.

Qeyd edək ki, Küveytdə müxalif qruplaşmalar son aylarda neft zəngini olan ölkədə korrupsiya və fikir azadlıqlarının məhdudlaşdırılması iddiaları ilə ölkə hökumətinə olan təzyiqləri çoxaldıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!