7 Fevral, 2011
Neftin ucuzlaşması davam edir

Fevralın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,51 dollar və ya 1,7% azalaraq 1 barelə görə 89,03 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, fevralın 4-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,93 dollar azalaraq 99,83 dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!