7 Fevral, 2011
Millimizin çalışdırıcısı: "Hücum xəttində hər hansı problemimiz yoxdur"

IV Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində bu gün keçirilmiş Latviya - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bildirib.

Azerisport.az xəbər verir ki, komandamızın braziliyalı çalışdırıcısı bunları dilə gətirib:

“Qələbə qazandığımız üçün çox şadıq. Bu oyunda əsasən müdafiə xəttimizin çıxışına diqqət yetirdim. Sevindirici haldı ki, müdafiədə az səhv buraxdıq. Hesabın belə böyük olması məni təəccübləndirmədi. Çünki hücum xəttində hər hansı problemimiz yoxdu. Uğurlu çıxışımızı Ukrayna yığması ilə final xarakteri daşıyan oyunda da davam etdirmək istəyirik” – deyə Alesio AFFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!