19 İyul, 2013
Türkdilli ölkələrin vahid dili yaradılır

.

Bu gün türkdilli ölkələr vahid türk dilinin yaradılması üzrə proqramı uğurla reallaşdırırlar. Simsar.az "İhlas" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin təhsil naziri Nabi Avcı belə bir açıqlama verib. 
"UNESKO-nun rəhbərliyi altında vahid türk dilinin yaradılması haqqında layihələr həyata keçirilir" – Avçı belə deyib.
Nazirin bununla yanaşı bütün türk dünyası üçün türkdilli ölkələrin vahid tarix, coğrafiya və ədəbiyyat dərsliklərinin yaradılması üzrə işlərin başlanmasının zəruri olduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!