6 Fevral, 2011
"Domodedovo" teraktı: iki nəfərin də adı açıqlandı

Onlar da inquşlardır.

Milli.Az xəbər portalı "Reuters"ə istinadən bildirir ki, Moskvanın "Domodedovo" beynəlxalq hava limanında törədilmiş terror aktı ilə əlaqədar olaraq İnquşetiyanın iki sakini axtarışda elan olunub.

"İnterfaks"ın məlumatına görə, onlar 21 yaşlı Adam Qanijev və 24 yaşlı İslam Yevloyevdir. Onların ikisi də İnquşetiyanın Nazran rayonundakı Əli Yurt kəndinin sakinləridir.

Bir qədər əvvəl qeyri-rəsmi mənbələrdən verilən informasiyada deyilirdi ki, "Domodedovo"da partladıcı qurğunu 20 yaşlı "canlı bomba", İnquşetiya sakini Maqomed Yevloyev işə salıb. Axtarışda elan edilən iki şübhəli şəxs də Yevloyevin yaşadığı Əli Yurt kəndini onunla təxminən eyni vaxtda tərk ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!