6 Fevral, 2011
Piratlar Qırmızı dənizdə Çinə məxsus gəmini zəbt ediblər

Somali piratları Qırmızı dənizin Yəmən sahillərində Çinə məxsus ticarət gəmisini zəbt ediblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Yəmən Daxili İslər Nazirliyi xəbər verir ki, piratlar Cabal əl-Tahir adasından 11 mil (20 km) aralıda Çinin Tuen Hau gəmisinə hücum ediblər. Gəmi Somali sahilinə hərəkət edir. Hadisənin detalları barədə xəbər verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!