6 Fevral, 2011
Hüsni Mübarək getdi, yoxsa qaldı? - YENİLƏNİR

Qahirədə vəziyyət fasiləsiz gərginləşir.

Misir prezidentinin hakim partiyanın lideri postundan istefası ilə bağlı ziddiyyətli xəbərlər yayılır.
Milli.Az xəbər portalı "Əl Ərəbiyyə"yə istinadən bildirir ki, Misir prezidenti Hüsni Mübarəkin iqtidardakı Milli-Demokrat Partiyanın lider postundan istefa verdiyi barədə xəbərlər təsdiqlənməyib.
Onun hələ də partiyanın lideri olduğu bildirilir.

----------
20.31

Milli.Az xəbər portalı "Əl Cəzirə"yə istinadən bildirir ki, Misirdə iqtidarda olan Milli Demokrat Partiyanın (MDP) rəhbərliyi istefa verib. Misir prezidenti Hüsni Mübarəkin oğlu Qəmal Mübarək də partiyanın Siyasi Bürosunun sədri vəzifəsini tərk edib.

Partiyanın sədr vəzifəsinə qurumun liberal qanadının nümayəndəsi Hüssam Bədravi təyin edilib.
MDP-nin sədri Hüsni Mübarək də vəzifəsindən istefa verib. Onun yerini kimin tutacağı hələ bəlli deyil.

------
14.06

Milli.Az xəbər portalı "Associated Press"ə istinadən bildirir ki, Misirdə kütləvi etiraz aksiyalarını izləyən jurnalistlərdən biri qətlə yetirilib. 36 yaşlı Əhməd Muhəmməd Mahmud Qahirənin mərkəzindəki Təhrir meydanının yanındakı evinin eyvanından müxalifətin kütləvi etiraz aksiyasını fotoaparatla çəkərkən naməlum şəxs ona atəş açıb.

Ağtır yaralı Mahmud xəstəxanaya aparılıb və orada da dünyasını dəyişib.
O, Qahirədə çıxan "Əl Təvun" qəzetinin fotoreportyoru idi.

"Əl Cəzirə" telekanalının Qahirədəki ofisi isə yandırılıb.

* * * *

Milli.Az xəbər portalı "Reuters"ə istinadən xəbər verir ki, Misirin hakimiyyət dairələri kütləvi etiraz aksiyaları zamanı zərər çəkmiş vətənqdaşlara təzminatların ödənilməsi üçün dövlət büdcəsindən  5 milyard Misir funtu (862 milyon dollar) ayırıb.

"Hökumət ümid edir ki, bu təzminatlar vətəndaşların iqtisadi stabilliyini təmin etməyə imkan verəcək", - maliyyə naziri Samir Rədvan bildirib.
Onun sözlərinə görə, hökumət təzminatların alınması üçün xüsusi ərizə forması hazırlayıb.
Həmin sənədi yerli vergi və ya sosial təminat idarələrində almaq olar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!