6 Fevral, 2011
"Azəri Star 2011"da göz yaşları sevinclə əvəzləndi

"Lider" telekanalında "Azəri Star 2011" musiqi müsabiqəsi davam edir.

Milli.Az xəbər portalı bildirir ki, canlı yayında təxminən 3 saat davam edən növbəti mərhələdə Azərbaycanın əməkdar artisti Firdovsi Atakişiyev və teleaparıcı Xədicə Sənanqızı müsabiqə iştirakçılarının fevralın 3-dəki çıxışları ilə bağlı səsvermənin nəticələrini açıqlayıblar.

"Azəri Star 2011" adı uğrunda Aygül Məmmədova, Samirə Zülfüqarova, Əli Məmmədov, Rəşad Məmmədov, Mətanət Bədəloa, Siyasət Cəfərov, Hüseyn Kərimov, Tural Əsgərov, Aynurə Şirinova, Fəqan Səfərov, Vüqar Əliyev, Xəyyam Zeynalov, Nəsimi Kamaloğlu, Turan Eldarova, Nicat Əlibəyli, Aslan Rahimoğlu və Turan Cəfərli mübarizə aparırlar.

Münsiflər heyətində Azərbaycan musiqisinin korifeyi, bəstəkar Oqtay Rəcəbov, Azərbaycanın əməkdar artisti Aygün Bəylər və aktyor Telman Əliyev əyləşmişdilər.

Tamaşaçılar arasında keçirilmiş səsvermənin nəticələrinə görə, birinci yeri Aslan Rəhimoğlu tutub. İkinci yerdə Əli Məmmədov, üçüncü yerdə isə Fəqan Səfərov olub.

İştirakçılar arasında Samirə Zülfüqarova və Mətanət Bədəlova hamıdan az səs toplayıblar. Həmin mübarizədə Mətanət qalib gəlsə də, müsabiqənin rəhbərləri Əlibəy Dadaşov və Pərvin Lətivof yarışın ilk həftəsi olduğundan, Samirənin mübarizəni davam etdirməsinə qərar verdilər.
Bu qərar münsiflər heyətinin istəyi ilə üst-üstə düşdü.

Müsabiqəyə fəxri qonaqlar qismində "Azəri Star"in sabiq iştirakçıları Fidan Süleymanova, Ayaz Qasımov, Nurlan Növrəsli dəvət olunmuşdular. Müğənni Abbas Bağırov xüsusi  dəvət almış qonaqlar arasında idi.
Xatırladaq ki, müsaqibənin başlıca məqsədi Azərbaycan bəstəkarlarının klassik əsərlərinin ifasıdır.
Belə ki, hər cümə axşamı saat 22.00-da müsabiqə iştiirakçıları məşhur Azərbaycan bəstəkarlarının yaradıcılığına müraciət edərək bir mahnı ifa edirlər.

Cümə günü isə yetərincə səs toplaya bilməmiş iştirakçı müsabiqədən kənarlaşır.

"Azəri Star 2011"a informasiya dəstəyini "Trend" informasiya agentliyi, Day.Az və Mill.Az təmin edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!