6 Fevral, 2011
“Qalatasaray” Avropanı titrədəcək transferə hazırlaşır

Didye Droqba Türkiyə klubuna keçə bilər.

Fernando Torresin “Liverpul”dan “Çelsi”yə transferindən sonra Didye Droqbanın mövsümün sonunda klubdan ayrılacağı məlumatı yayılıb.”Çelsi”dən ayrılacaq futbolçular siyahısında Droqba ilə yanaşı Maluda, Jirkov, Bosinqva və Obi Mikelin də olduğu bildiriir .

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Qalatasaray” “Çelsi”nin üzvü Droqba ilə ciddi şəkildə maraqlanır. “Qalatasaray” Droqbanı heyətinə qatmaq üçün Fransanın “Marsel” klubu ilə rəqabət aparmalı olacaq.

Xatırladaq ki, Didye Droqba “Çelsi”yə 2004-cü ildə Fransanın “Marsel” klubundan transfer olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!